Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ağdərədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq söndürülüb
sosial

Ağdərədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq söndürülüb

22-08-2025 21:00 33 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlərlə Ağdərə rayonu, Oratağ kəndi istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.