Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıdan Naxçıvana gedənlərə şad xəbər
sosial

Bakıdan Naxçıvana gedənlərə şad xəbər

25-08-2025 11:00 12 Просмотров
IMG

Naxçıvan–Bakı–Naxçıvan istiqamətində gündəlik avtobus reyslərinin sayı artırılaraq 4-dən 5-ə çatdırılıb.


Bu barədə Tvit.az-a Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyindən bildirilib.

 

Bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır.

 

Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə ”biletim.az” platforması vasitəsilə əldə edə bilərlər.

 

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadə etməsi istiqamətində faliyyətini davam etdirir.