Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb.
"Mercedes" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü A.Həsənova, 1990-cı il təvəllüdlü G.Hüseynova, 1986-cı il təvəllüdlü Z.Həsənov və daha 2 nəfər müxtəlif nərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.