Braziliyalı qapıçı Pikse futzal üzrə həvəskarlar arasında keçirilən turnirdə penalti zərbəsini sinəsi ilə qaytarandan sonra ölüb.
Tvit.az CNN-ə istinadən xəbər verir ki, qapıçı zərbəni dəf edib, komanda yoldaşları ilə sevincini bölüşmək üçün qaçarkən yıxılıb. Pikse xəstəxanaya çatdırılsa da, həkimlər idmançını xilas edə bilməyiblər.
Ölümün səbəbi hələlik açıqlanmayıb.