Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ölkənin bəzi rayonlarında leysan yağıb - FAKTİKİ HAVA
sosial

Ölkənin bəzi rayonlarında leysan yağıb - FAKTİKİ HAVA

07-09-2025 11:00 47 Просмотров
IMG

Sentyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.

Bu barədə "Tvit.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.

Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-da 35 dərəcəyədək isti qeydə alınıb.