Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb.
Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.
Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar.
Faktla bağlı araşdırma aparılır.