Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Xərclədiyimiz pulun nə qədəri ərzağa gedir? - STATİSTİKA
iqtisadiyyat

Xərclədiyimiz pulun nə qədəri ərzağa gedir? - STATİSTİKA

11-09-2025 16:00 24 Просмотров
IMG

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Tvit.az bildirir ki, pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 50,7 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının payına düşüb.

Başqa hesabata görə, yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 169 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə ixrac, 162 ölkədən idxal rəsmiləşib.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə idxalın real ifadədə 1,2 faiz artdığı, ixracın 9,6 faiz azaldığı xəbər verilir.