Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Buzovnada taxta tullantıları yandı
turizm

Buzovnada taxta tullantıları yandı

11-09-2025 21:00 20 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Tvit.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən, açıq sahədə taxta tullantılarının yandığı müəyyən edilib.

 

Yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində 500 kv.m. sahədə taxta tullantıları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.