Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıda 35 min manatlıq dələduzluq edildi
turizm

Bakıda 35 min manatlıq dələduzluq edildi

12-09-2025 14:00 19 Просмотров
IMG

Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb.

"Tvit.az" xəbər verir ki, iki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.