Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
sosial

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

12-09-2025 17:00 15 Просмотров
IMG

13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaqdır".

Bu barədə "Tvit.az"a AAYDA-dan məlumat verilib. 

Məlumatda qeyd olunur ki, bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

"Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - Agentlik vurğulayıb.