Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Astarada yeniyetməni avtomobil vurub
turizm

Astarada yeniyetməni avtomobil vurub

12-09-2025 20:00 17 Просмотров
IMG

Astara rayonunda avtomobil 17 yaşlı yeniyetməni vurub.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ərkivan qəsəbəsi ərazisində olub.

 

Belə ki, avtomobil vuran şəxs qəsəbə sakini - 2008-ci il təvəllüdlü Bibixanım Elçin qızı Əliyevadır. Yaralıya əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin zəruri tibbi yardım göstərilərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə göndərilib. Vəziyyəti ağır olan pasiyent kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.