Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının bu qəsəbəsində qaz olmayacaq
sosial

Bakının bu qəsəbəsində qaz olmayacaq

17-09-2025 19:00 22 Просмотров
IMG

Sabah Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.


Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Qeyd olunur ki, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.