Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycanın millisi Monteneqroya qalib gəldi
СПОРТ

Azərbaycanın millisi Monteneqroya qalib gəldi

18-09-2025 19:00 20 Просмотров
IMG

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

 

Tvit.az xəbər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.

 

Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.

 

Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu qolsuz heç-heçə nəticələnib.