Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq
sosial

Paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq

19-09-2025 18:00 34 Просмотров
IMG

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq.

"Tvit.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondun maliyyələşmə mənbələrindən biri olacaq.