Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bayramov Toiu ilə Ermənistanla sülh prosesindən danışdı
siyasət

Bayramov Toiu ilə Ermənistanla sülh prosesindən danışdı

22-09-2025 19:00 260 Просмотров
IMG

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci Sessiyası çərçivəsində rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə nazir X hesabında yazıb.

 

Qeyd olunub ki, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yaşıl enerji layihələri diqqət mərkəzində olmaqla Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib.

 

Eyni zamanda, münaqişədən sonrakı reallıqlara, Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.