Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Naxçıvanda ayı ata və oğula hücum etdi
turizm

Naxçıvanda ayı ata və oğula hücum etdi

19-10-2025 15:00 253 Просмотров
IMG

Naxçıvanda ayı insanlara hücum edib, bir sakinə ciddi xəsarətlər yetirib.

"Tvit.az" xəbər verir ki, hadisə rayonun Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, ayı Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Məmmədovun və onun oğlunun üzərinə hücum edib.

Yırtıcı heyvanın hücumu nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb və o, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.