Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница şou-biznes "Təranə yaya qədər azadlığa çıxacaq" - Rəqsanə
şou-biznes

"Təranə yaya qədər azadlığa çıxacaq" - Rəqsanə

05-12-2025 14:00 17 Просмотров
IMG

"Təranə gələn il yaya qədər azadlığa çıxacaq".

"Tvit.az" xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Tarixin bir günü" verilişində deyib. 

"Suel mənim ailəmin yanında idi, indi də bizimlədir. O biri qızı isə uşaq evindədir. Gedib onu da görəcəm. Mən Abbasdan onunla bağlı şikayəti geri götürmə sənətini aldım. Təranə yaya qədər, bəlkə də daha tez azadlığa çıxacaq. Çıxsın, əlimizdən gəldiyi qədər yanında olacağıq" deyə, Rəqsanə deyib. 

Bildirilib ki, Rəqsanə Abbasa 2500 manat ödəyib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. T.Səmədovanın qızı Suelin atası Abbasdır.