Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Türkiyə Kubokunda İstanbul derbisi olacaq
СПОРТ

Türkiyə Kubokunda İstanbul derbisi olacaq

05-12-2025 20:00 14 Просмотров
IMG

Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin püşkü atılıb.

 

Tvit.az xəbər verir ki, Türkiyə Kubokunda 24 komanda üç qrupda mübarizə aparacaq.

 

Öz qruplarını ilk iki pillədə tamamlayan 6 komanda və ən yaxşı qrup üçüncüsü olan 2 kollektiv 1/4 finala vəsiqə qazanacaq.

 

A qrupu: "Qalatasaray", "Başakşəhər", "Trabzonspor", "Alanyaspor", "Fatih Karagümrük", "İstanbulspor", "Boluspor", "Fethiyespor"

 

B qrupu: "Samsunspor", "Eyüpspor", "Konyaspor", "Antalyaspor, "Gənclərbirliyi", "Bodrum", "İğdır", "Aliağa Futbol"

C qrupu: "Fənərbağça", "Beşiktaş", "Rizespor", "Qaziantep", "Kocaelispor", "Ərzurumspor", "Keçiörengücü", "Bəyoğlu Yeni Çarşı".

Qeyd edək ki, "Fənərbağça" və "Beşiktaş" komandalarının eyni qrupda yer alması turnirdə İstanbul derbisinin baş tutacağı deməkdir.