Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Müğənni Dəniz Əsədova növbəti dəfə hakim qarşısına çıxarılacaq
turizm

Müğənni Dəniz Əsədova növbəti dəfə hakim qarşısına çıxarılacaq

08-12-2025 19:00 10 Просмотров
IMG

Barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həbs qətimkan tədbiri seçilən müğənni Dəniz Əsədovanın cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.


Tvit.az-ın Oxu.az-a istinadəm məlumatına görə, cinayət işinin araşdırılması Bakı Ağır Cinayətlər Məhkəməsində aparılacaq.

 

Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir necə maddəsi ilə ittiham irəli surülüb.

 

Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.


Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

 

İş üzrə dövlətə 1.6 milyon manat ziyan vurulub.


Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

 

O, vəkil Asim Abbasovu təhqir etməsi və böhtan atdığı səbəbindən Binəqədi Rayon Məhkəməsinin hökmü ilə yeddi ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.