Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Tvit.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada yerli "Frayburq" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək əsas mərhələnin VI turunun matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.