Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Arsenal" Çempionlar Liqası üçün yeni futbolçu sifariş edib
СПОРТ

"Arsenal" Çempionlar Liqası üçün yeni futbolçu sifariş edib

09-12-2025 21:00 31 Просмотров
IMG

İngiltərə təmsilçisi "Arsenal" braziliyalı hücumçusu Qabriel Jezusu UEFA Çempionlar Liqasının iştirak ərizəsinə əlavə edib.

 

Tvit.az xəbər verir ki, London klubu braziliyalı forvardın bərpa prosesini başa vurduğunu nəzərə alaraq onu yenidən turnir üçün sifariş edib.

 

Zədəsini tam sağaldan 28 yaşlı futbolçu komanda ilə birgə məşqlərə qatılır.

 

Jezus bu ilin əvvəlindən zədəli olduğu üçün "topçular"ın Çempionlar Liqası üçün sifariş ərizəsində yer almamışdı.

 

Onun hansı matçda meydana çıxacağı məlum deyil.