Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev
siyasət

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

09-12-2025 22:00 28 Просмотров
IMG

Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh qlobal kontekstdə nadir uğur nümunəsidir.

 

Tvit.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Avronyus” kanalına verdiyi müsahibədə bildirib.

 

H. Hacıyev iki ölkə rəhbərliyinin sülhə doğru addımlarının Brüsseldə keçirilən görüşdən sonra formalaşdığını diqqətə çatdırıb:

 

“Brüsseldə görüşmək üçün yaxşı imkan yarandı. Bundan sonra liderlərimiz sülh yoluna keçmək və mövcud fikir ayrılıqlarını kənara qoymaq qərarı verdilər”.

 

Azərbaycan rəsmisi vurğulayıb ki, tərəflər artıq münaqişə dövrünü bağlayıb və region real sülh mərhələsinə qədəm qoyub:

 

“Birgə sülh prosesi münaqişələrlə dolu qlobal kontekstdə nadir uğur hekayəsidir. Bu mərhələ bağlanıb, real sülh mövcuddur”.

 

Hikmət Hacıyev bildirib ki, sülh yeni iqtisadi imkanları açacaq və regionu birgə inkişaf dövrünə çıxaracaq:

 

“İndi isə Azərbaycan və Ermənistan regionda böyük iqtisadi inkişaf səhifəsi açır və bu hər iki xalqın maraqlarına xidmət edir”.

 

O, həmçinin Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) strateji əhəmiyyət daşıdığını vurğulayıb:

 

“TRIPP Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişəcək”.