Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ olmasa, atəşkəs olmazdı - Misir
dünya

ABŞ olmasa, atəşkəs olmazdı - Misir

10-12-2025 22:00 12 Просмотров
IMG

Qəzza zolağında atəşkəs ABŞ olmadan mümkün olmazdı.

Tvit.az xəbər verir ki, bu fikri Misirin Xarici İşlər Naziri Badr Abdel-Ata ifadə edib.

"Çox dürüst olmalıyıq. Amerikalılar olmasaydı, Qəzzada atəşkəs əldə etmək mümkün olmazdı. [ABŞ Prezidenti Donald] Tramp və ABŞ administrasiyasının atəşkəsi qorumaq və Qəzzaya humanitar yardımın çatdırılmasını irəli aparmaq öhdəliyi son dərəcə vacib, hətta qətiyyətlidir," - Abdel Ata Der Spiegel jurnalına verdiyi müsahibədə bildirib.

Eyni zamanda, o, Qəzzada silahsızlanmanı izləmək üçün daha yüksək səlahiyyətli orqanın lazım olduğunu vurğulayıb.

Xatırladaq ki, 9 oktyabrda İsrail və radikal fələstin hərəkatı Həmas, Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirməyə razılaşdılar. Növbəti gün Qəzza zolağında atəşkəs qüvvəyə minib.

Aysel Şirinova