Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycan boksçusu Avropa çempionatında növbəti raunda adlayıb
СПОРТ

Azərbaycan boksçusu Avropa çempionatında növbəti raunda adlayıb

10-12-2025 23:00 12 Просмотров
IMG

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatına start verilib.

 

Tvit.az xəbər verir ki, 29 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 1 idmançısı mərhələ adlayıb.

 

Əli Abaslı (52 kq) 1/16 finalda Qabriel Cuffarini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:25). O, növbəti görüşündə ilk mərhələdən azad olan İoan-Serban Stoiça (Rumıniya) ilə qarşılaşacaq. Döyüş dekabrın 12-də olacaq.

 

Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.