Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial 5 aptekdə nöqsanlar aşkarlandı
sosial

5 aptekdə nöqsanlar aşkarlandı

11-12-2025 12:00 9 Просмотров
IMG

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparıb.

Bu barədə "Tvit.az"a AEM-dən məlumat verilib.

Bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında olub.

Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib.