Bakıda 44 yaşlı kişi qətlə yetirilib.
Tvit.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirilib və o aldığı yaralardan ölüb.
Şübhəli qismində mərhumun oğlu Ayxan Vəlizadə saxlanılıb.
Araşdırma aparılır.