Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Putin Rusiya və İraq münasibətlərindən danışdı
dünya

Putin Rusiya və İraq münasibətlərindən danışdı

12-12-2025 19:00 20 Просмотров
IMG

Rusiya və İraq arasındakı uzunmüddətli və dərin münasibətlərin tarixində bircə belə mənfi məqam olmayıb.

Tvit.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda İraq prezidenti Əbdüllətif Rəşidlə görüşdə qeyd edib.

Putin vurğulayıb: “Bizim çox dərin, uzun illərə dayanan münasibətlərimiz var. Bu münasibətlərin tarixində heç bir qaranlıq ləkə olmayıb”.

12 dekabrda Putin Aşqabadda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb və onlar Ukrayna məsələsi barədə ətraflı fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Putinin Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və İran lideri Məsud Pezeşkian ilə də görüşləri keçirilib.

Aysel Şirinova