Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Astarada itkin düşmüş balıqçıların axtarışı davam edir
sosial

Astarada itkin düşmüş balıqçıların axtarışı davam edir

12-12-2025 22:00 34 Просмотров
IMG

Astarada itkin düşmüş balıqçıların axtarışı davam edir.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, Astarada itkin düşmüş hesab edilən balıqçıların tapılmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

9 dekabr səhər saat 8-dən itkin düşmüş hesab olunan Turan və Ağadədə Həsənovların yaxını Sübhan Həsənov bildirib ki, axşam saatlarında bəzi sosial şəbəkə səhifələrində balıqçıların tapılması barədə yanlış xəbərlər yayılıb.


Onun sözlərinə görə, ailənin balıqçılar barədə heç bir məlumatı yoxdur və bu cür xəbərləri yayanların məqsədi axtarışların dayandırılmasına nail olmaqdır. Əlavə edib ki, aidiyyəti qurumların nümayəndələri az əvvəl ailə üzvləri ilə görüşüblər və onlardan axtarışların dayandırılmaması xahiş olunub.

 

Sübhan Həsənov bir daha dövlət qurumlarına müraciət edərək bildirib ki, qonşu ölkələrlə əlaqələr qurulmalı, balıqçıların tapılması istiqamətində işlər geniş şəkildə davam etdirilməlidir. O həmçinin yanlış məlumat yayanlara çağırış edərək qeyd edib ki, xəbərlər yalnız rəsmi qurumlardan və ya ailə üzvlərindən dəqiqləşdirildikdən sonra paylaşılmalıdır.

 

Hazırda itkin düşmüş balıqçıların tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.