Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb.
"Tvit.az" xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.
1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında - küçədə “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcının qırılıb, nəticəsində avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aprılır.