Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan və Qazaxıstan arasında 4 sənəd təsdiqləndi
siyasət

Azərbaycan və Qazaxıstan arasında 4 sənəd təsdiqləndi

15-12-2025 14:00 32 Просмотров
IMG

Azərbaycan və Qazaxıstan arasında üç saziş və bir memorandum təsdiq edilib.

"Tvit.az" xəbər verir ki, Prezident İlham Əliyev bunlarla bağı müvafiq fərmanlar imzalayıb.

Fərmanlara əsasən, 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum" təsdiq olunub.