Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sürücülük vəsiqəsi və maşın qeydiyyatı üzrə xidmətlər onlayn olacaq
sosial

Sürücülük vəsiqəsi və maşın qeydiyyatı üzrə xidmətlər onlayn olacaq

15-12-2025 15:00 22 Просмотров
IMG

Daxili İşlər Nazirliyi (DİN) bir sıra xidmətlərin (sənədlərin) təkmilləşdirilməsi üzrə layihə hazırlayıb.

"Tvit.az" xəbər verir ki, DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.

Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.

Bu təşəbbüs “ölkənin rəqəmsal hökumət” modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcəkdir.