Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət 275 tonluq batareyaya malik dünyanın ən böyük elektrik gəmisi ilk səfərini başa vurub
siyasət

275 tonluq batareyaya malik dünyanın ən böyük elektrik gəmisi ilk səfərini başa vurub

15-12-2025 23:00 54 Просмотров
IMG

Dünyanın ən böyük elektriklə işləyən gəmisi ilk dəniz sınağını uğurla tamamlayıb. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, uzunluğu 130 metr olan gəmi tam elektrik infrastrukturu ilə təchiz edilib və fosil yanacaqdan istifadə etmir.

Gəmidə 40 meqavat-saatdan artıq enerji tutumuna malik, təxminən 275 ton çəkisi olan nəhəng batareya quraşdırılıb. Bu göstərici indiyədək dəniz nəqliyyatında istifadə edilən ən böyük batareya paketi hesab olunur.

Texniki imkanlara görə gəmi maksimum 25 knot (təxminən 46 km/saat) sürət yığa bilir. Layihəyə əsasən, eyni vaxtda 2 100 sərnişin və 220-dən çox avtomobil daşımaq mümkündür. Mütəxəssislər bu gəminin qısa və orta məsafəli bərə xətlərində sıfır emissiyalı dəniz nəqliyyatının real alternativ olduğunu nümayiş etdirdiyini bildirirlər.

Aysel Şirinova