İngiltərənin Liverpul şəhərinin mərkəzində avtomobilini izdihamın üzərinə sürən 54 yaşlı Pol Doyl 21.5 il həbs cəzasına məhkum edilib.
Tvit.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Hadisə bu il mayın 26-da "Liverpul" azarkeşləri komandanın İngiltərə Premyer Liqasındakı çempionluğunu qeyd edərkən baş verib. İnsident nəticəsində ümumilikdə 134 nəfər xəsarət alıb, təxminən 50 nəfər xəstəxanaya yerləşdirilib.
Məhkəmədə Doyla qarşı qəsdən xəsarət yetirmə və təhlükəli sürücülük də daxil olmaqla 31 maddə ilə ittiham irəli sürülüb. Əvvəlcə o, ittihamları rədd etsə də, sonradan təqsirini etiraf edib.