Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ FIFA DÇ-2026 iştirakçılarına rekord məbləğdə mükafat verəcək
СПОРТ

FIFA DÇ-2026 iştirakçılarına rekord məbləğdə mükafat verəcək

17-12-2025 20:00 24 Просмотров
IMG

FIFA Şurası 2026-cı il dünya çempionatı iştirakçılarına rekord məbləğdə - 727 milyon dollar mükafat ödənişini təsdiqləyib.

 

Tvit.az xəbər verir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumata görə, qarşıdan gələn turnirin mükafat fondu 2022-ci ildə Qətərdə keçirilən yarışın mükafat fondundan 50% çox olacaq.

 

Mükafat çempionatda iştirak edən hər bir komandaya veriləcək. Turnirin qalibi 50 milyon dollar, gümüş medalçı 33 milyon dollar, üçüncü yeri tutan komanda isə 29 milyon dollar qazanacaq. 33-cü yerdən 48-ci yerə qədər olan komandaların hər biri 9 milyon dollar alacaq.

 

Həmçinin mükafatdan əlavə, hər bir seçmə komanda təlim xərclərini qarşılamaq üçün 1.5 milyon dollar vəsait əldə edəcək.


Xatırladaq ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.