Türkiyənin Ağrı ərazisində 25 yaşlı bir qadın doğum günündə yediyi tortdan sonra qəflətən vəziyyəti pisləşərək həyatını itirib.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qadının yumurtaya allergiyası olduğu və dostlarının bu barədə şirniyyat mağazasına məlumat verdiyi bildirilib.
Şirniyyat mağazasında çalışan 2 şübhəli saxlanılıb.
Aysel Şirinova