“Qarabağ”ın hücumçusunun transfer məbləği 2,5 milyon avro olub.
Tvit.az ölkə.az-a istinadla xəbər verir ki, söhbət bir çoxlarının tənqid hədəfinə tuş gələn Nəriman Axundzadədən gedir. Bu barədə dünyaca məşhur “Transfermarket” saytı yazıb. Nərimanın bundan əvvəl transfer dəyəri 2 milyon avro idi.
Çoxdandır hücumçu axtaran "atlıların" sözügedən mövqeyə futbolçu tapması üçün işlərə başlandığı da bildirilir. Belə ki, Ağdam təmsilçisinin seneqallı hücumçu Umar Diuf üçün klubu "Lyej"ə təklif göndərdiyi qeyd edilir. "Qarabağ"ın 22 yaşlı forvard üçün 1.2 milyon avro təklif etdiyi, Belçika klubunun isə 1.5 milyon istədiyi söylənilir. Bu barədə "Offsideplus" Belçikanın "Walfoot" portalına istinadən məlumat yayıb.
O, cari mövsüm Belçika 2-ci Liqasında 18 oyunda 8 qol vurmağı bacarıb. Gənc futbolçu Seneqal U-20 yığmasında da 2 oyuna çıxıb.