Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp bu türk dövlətlərinin liderlərini G20-yə dəvət edəcək
dünya

Tramp bu türk dövlətlərinin liderlərini G20-yə dəvət edəcək

23-12-2025 19:00 15 Просмотров
IMG

Amerika Birləşmiş Ştatları Qazaxıstan və Özbəkistan liderlərini G20 sammitinə dəvət edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.

 

“Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və bu mühüm tədbirdə qonaq qismində bizə qoşulmaları üçün hər iki liderə dəvət göndərəcəyik. Sammit Mayami şəhərində baş tutacaq”, - deyə Tramp bildirib.

 

Bundan əvvəl Rusiyanın G20 üzrə şerpası Svetlana Lukaş bildirib ki, ABŞ Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putini görmək istəyir.

 

Aysel Şirinova