Pat Finn, Friends, Seinfeld and Worse seriallarındakı rolları ilə tanınan amerikalı aktyor Pət Finn 60 yaşında vəfat edib.
Tvit.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Aktyorun ölümünü onun yaxınları da təsdiqləyiblər.
“Dərin kədər və hüznlə Finn ailəsi sevimli komediya aktyoru Pət Finnin vəfat etdiyini bildirir”, - deyə bildirilib.
Qəzetin məlumatına görə, Finn uzun sürən onkoloji xəstəliklə mübarizədən sonra bazar ertəsi günü dünyasını dəyişib.
Aysel Şirinova