Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ağsuda mal-qara oğurladılar
sosial

Ağsuda mal-qara oğurladılar

26-12-2025 11:00 31 Просмотров
IMG

Ağsu rayonunun Kəlağayılı kəndində yerləşən örüş sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. 

 

"Tvit.az" xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən 31 yaşlı Bahadur Rəhmanlı saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin tanışı, 33 yaşlı Əbülfəz Həşimli ilə əlbir olaraq İsmayıllı rayonunda da analoji oğurluq əməlləri etdikləri müəyyən olunub. Ə.Həşimli də saxlanılaraq istintaqa təhvil verilib. 

 

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.