Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Zaqatalada qəza baş verdi, biri azyaşlı olmaqla yeddi nəfər xəsarət aldı
turizm

Zaqatalada qəza baş verdi, biri azyaşlı olmaqla yeddi nəfər xəsarət aldı

29-12-2025 20:00 30 Просмотров
IMG

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər xəsarət alıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür.


Qeyd olunub ki, Yeni Suvagil kənd sakini, 1984-cü il təvəllüdlü Şəhmir Tevruzovun idarə etdiyi VAZ-2110 markalı və Aşağı Tala kənd sakini, 1957-ci il təvəllüdlü Əli Qurbanovun idarə etdiyi "Opel Astra" markalı minik avtomobilləri toqquşub.

 

"Opel Astra"nın sürücüsü Ə.Qurbanov, VAZ-ın sürücüsü Ş.Tevruzov, "Opel Astrada" olan sərnişinlər - 1984-cü il təvəllüdlü Cəmil Əliyev, 1984-cü il təvəllüdlü İlkin Pirimov, 1991-ci il təvəllüdlü Gülüstan Əliyeva, 1991-ci il təvəllüdlü Leyla Pirimova və İ.Pirimovun övladı, 2021-ci il təvəllüdlü Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.