Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Xamneinin oğlu hədəfimizdədir - İsrail
dünya

Xamneinin oğlu hədəfimizdədir - İsrail

04-03-2026 10:00 50 Просмотров
IMG

İsrail Müdafiə naziri İsrael Katz, İran rejimi tərəfindən Əli Xameneinin yerinə təyin edilən hər hansı bir liderin "birmənalı şəkildə məhv edilmə hədəfi" olacağını bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

"İsraili məhv etmək, ABŞ-ı, azad dünyanı və region ölkələrini təhdid etmək və İran xalqına zülm etmək planına rəhbərlik etməyə davam etmək üçün İran terror rejimi tərəfindən təyin edilən hər hansı bir lider birmənalı şəkildə məhv edilməli hədəf olacaq. Adının və ya harada gizlənməsinin fərqi yoxdur", - deyə o bildirib.

 

Aysel Şirinova