Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İspaniyadan geri addım - Ağ Ev bəyanat YAYDI
dünya

İspaniyadan geri addım - Ağ Ev bəyanat YAYDI

04-03-2026 22:00 18 Просмотров
IMG

Hesab edirəm ki, İspaniya hökuməti Trampın dünənki mesajını aydın və dürüst şəkildə eşitdilər. Onlar ABŞ hərbçiləri ilə əməkdaşlıq etməyə razılaşıblar.

 

Tvit.az xəbər verir ki, bu fikirləri Ağ Evin mətbuat katibi Kerolayn Levit  çıxışı zamanı bildirib.

 

"ABŞ ordusu İspaniyadakı həmkarları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir", - deyə mətbuat katibi əlavə edib.

 

Xatırladaq ki, İspaniya İranla müharibəni pisləməklə və bazalarını Amerika qoşunları üçün bağlamaqla ABŞ Prezidentinin qəzəbinə tuş gəlmişdi. Tramp artıq İspaniya ilə heç bir əlaqəsi olmadığını və ölkə ilə bütün ticarətin dayandırılacağını bəyan etmişdi.

 

Aysel Şirinova