Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyə də İrana uçuşları dayandırdı
dünya

Türkiyə də İrana uçuşları dayandırdı

06-03-2026 16:00 48 Просмотров
IMG

Türk Hava Yolları İrana uçuşları 20 marta qədər ləğv edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Əbdülqədir Uraloğlu bildirib.

 

"Bu gündən etibarən Türk Hava Yolları, AJet, Pegasus və SunExpress tərəfindən həyata keçirilən İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar 9 mart günün sonuna qədər dayandırılıb. Bundan əlavə, Pegasus Airlines 12 mart tarixinə qədər İrana, Türk Hava Yolları isə 20 marta qədər uçuşları cədvəlindən çıxarıb, - deyə nazir bildirib.

 

O, həmçinin bildirib ki, Hələb istisna olmaqla, İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı bağlı qalır:

 

"Oman, İordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşlar davam edir, BƏƏ-də isə hava nəqliyyatı nəzarət altındadır və məhdudlaşdırılır". 

 

Aysel Şirinova