Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın narkotik kartelləri ilə mübarizə aparmaq üçün Meksika torpağında əməliyyatlar keçirmək təklifini bir daha rədd etdiklərini bildirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şeynbaum vurğuladı ki, ölkəsi kəşfiyyat və təhlükəsizlik kimi sahələrdə ABŞ ilə əlaqələndirilsə də, Meksika torpağında əməliyyatlar aparmaq səlahiyyəti yalnız silahlı qüvvələrə, Təhlükəsizlik Nazirliyinə, Milli Qvardiyaya, ştat polisinə və prokurorluqlara məxsusdur.
Elmin Alışov