Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Neftçi"ni məyus edən "Turan Tovuz" tarix yazdı
СПОРТ

"Neftçi"ni məyus edən "Turan Tovuz" tarix yazdı

10-03-2026 11:00 20 Просмотров
IMG

"Turan Tovuz" Premyer Liqada 50-ci qələbəsini qazanıb.

 

Tvit.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının XXIII turuna təsadüf edib.

 

Tovuz klubu səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib. 50-ci qələbə 131-ci matçda əldə olunub.

 

"Turan Tovuz" evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olublar.

 

Qeyd edək ki, 2022/2023 mövsümündən Premyer Liqada çıxış edən "Turan Tovuz" ilk qələbəsini 2022-ci il avqustun 13-də "Səbail"lə səfər matçında əldə edib - 1:0.