Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ DÇ-2026-nın əsas favoriti açıqlandı
СПОРТ

DÇ-2026-nın əsas favoriti açıqlandı

10-03-2026 17:00 21 Просмотров
IMG

FIFA prezidenti Canni İnfantino qarşıdan gələn 2026-cı il dünya çempionatının favoritləri barədə danışıb.

 

Tvit.az AS nəşrinə istinadən xəbər verir ki, İspaniya yığmasının budəfəki mötəbər turnirdə qələbəyə ən real iddiaçılardan biri olduğunu xüsusi vurğulayıb.

 

"Təbii ki, digər güclü kollektivlərlə yanaşı, İspaniya da favoritlər sırasındadır. Biz İspaniya millisinin hansı üstünlüklərə malik olduğunu çox yaxşı bilirik. Fikrimcə, reytinq cədvəlində zirvədə qərarlaşan komanda elə dünya çempionatının da favoriti sayılmalıdır".

 

Xatırladaq ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixləri aralığında üç fərqli ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə baş tutacaq. Final mərhələsinin püşkatma nəticələrinə əsasən, İspaniya yığması H qrupunda yer alıb və növbəti mərhələyə vəsiqə qazanmaq üçün Kabo-Verde, Səudiyyə Ərəbistanı, eləcə də Uruqvay milli komandaları ilə qüvvəsini sınayacaq.