Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Ağcabədidə avtomobillər toqquşub, xəsarət alanlar var
turizm

Ağcabədidə avtomobillər toqquşub, xəsarət alanlar var

15-03-2026 12:00 29 Просмотров
IMG

Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" report-a  istinadən xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.

Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yol kənarındakı dərəyə aşıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.