Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bayramov pakistanlı həmkarı ilə danışdı
siyasət

Bayramov pakistanlı həmkarı ilə danışdı

17-03-2026 10:00 18 Просмотров
IMG

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

 

Tvit.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayılıb.

 

Bildirilib ki, nazirlər regionda davam edən vəziyyətin son inkişafları barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər.