Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Meta süni intellektə görə ixtisara hazırlaşır
ДРУГОЕ

Meta süni intellektə görə ixtisara hazırlaşır

17-03-2026 20:00 18 Просмотров
IMG

Texnologiya nəhəngi Meta şirkətində yenidən sərt qərarların gündəmə gəldiyi bildirilir. Şirkət artan süni intellekt xərclərini balanslaşdırmaq üçün işçi sayının azaldılması variantını ciddi şəkildə müzakirə edir.

 

Tvit.az xəbər verir ki, Meta rəhbərliyi son dövrlərdə tez-tez vurğulanan “səmərəlilik strategiyası” çərçivəsində xərclərin optimallaşdırılmasına yönəlib. Xüsusilə süni intellekt sahəsinə yatırımların sürətlə artması şirkətin maliyyə yükünü əhəmiyyətli dərəcədə yüksəldib.

 

Rəsmi qərar hələ açıqlanmasa da, şirkət daxilindən sızan məlumatlar yaxın dövrdə genişmiqyaslı ixtisarların mümkün olduğunu göstərir.

 

Meta-nın əsas prioriteti süni intellekt texnologiyalarının inkişafıdır. Şirkət bu istiqamətdə məlumat mərkəzləri, yüksək performanslı çiplər və texnoloji infrastruktur üçün rekord həcmdə vəsait ayırır. Məlumata görə, 2026-cı il üçün nəzərdə tutulan xərclər 135 milyard dollara qədər yüksələ bilər ki, bu da əvvəlki illə müqayisədə ikiqat artım deməkdir.

 

Belə böyük investisiya planları fonunda xərclərin optimallaşdırılması qaçılmaz görünür. Reuters agentliyinin məlumatına əsasən, Meta maliyyə yükünü azaltmaq üçün işçi sayının azaldılmasını əsas variantlardan biri kimi nəzərdən keçirir.

 

Aysel Şirinova