Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Məşhur cinayətkar dəstənin lideri saxlannıldı
dünya

Məşhur cinayətkar dəstənin lideri saxlannıldı

18-03-2026 21:00 37 Просмотров
IMG

Ekvadorun “Los Lobos” adlı cinayətkar qruplaşmasının lideri, “Lobo Menor” ləqəbli Xuan Karlos Meksikanın paytaxtında saxlanılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə ölkənin ictimai təhlükəsizlik naziri Omar Qarsia Harfuş məlumat verib.

Nazir X sosial şəbəkəsində yazıb:


“Aparılan kəşfiyyat işi və beynəlxalq əməkdaşlıq mexanizmləri nəticəsində [Meksikanın güc və miqrasiya qurumlarının əməkdaşları] Mexikoda Ekvadorda fəaliyyət göstərən “Los Lobos” cinayətkar qruplaşmasının lideri kimi tanınan Xuan Karlos N-i, yəni “Lobo Menor”u saxlayıblar.”

 

O qeyd edib ki, saxlanılan şəxs Interpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olub və narkotiklərin qanunsuz dövriyyəsi, hədə-qorxu ilə pul tələb etmə (reket) və qətllərlə əlaqələndirilir. Bundan əlavə, Cənubi Amerika ölkələrinin hakimiyyət orqanları onu Ekvadorun sabiq prezidentliyə namizədinin qətlində iştirak edən əsas fiqurlardan biri hesab edir.

 

Qarsia Harfuş cinayətkarın axtarışında göstərdiyi köməyə görə Kolumbiya polisinə təşəkkür edib və ölkələrin transmilli cinayətkarlıqla mübarizəyə sadiqliyini vurğulayıb.